Azərbaycan millisi Küveytə qalib gəlib
Tarix: 11-05-2022 15:00 | Bölmə: İqtisadiyyat
Azərbaycan millisi Küveytə qalib gəlib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışını başa vuran Küveyt seçməsi ilə növbəti yoldaşlıq oyununu keçirib.

Reyting.az
xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan qarşılaşma Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millinin heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.

Qeyd edək ki, yığma bu rəqiblə keçirdiyi dörd oyunun 3-də qələbə qazanıb, bir oyunda isə məğlub olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}