Sənaye zonalarında rezident şirkətlərin sayı 100-ü keçib
Tarix: 12-05-2022 16:17 | Bölmə: İqtisadiyyat
Sənaye zonalarında rezident şirkətlərin sayı 100-ü keçib

İndiyə qədər Azərbaycandakı sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, sahibkarlar bu günə qədər sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırıb və 10 000-dən çox daimi iş yeri yaradıl.

Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manata qədər investisiyanın yatırılması və 2 600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər