Deputatdan hərbçilərin pensiyası ilə bağlı açıqlama: "Onlara verilən əlavələr çoxdur"
Tarix: 13-05-2022 12:30 | Bölmə: İqtisadiyyat
Deputatdan hərbçilərin pensiyası ilə bağlı açıqlama: "Onlara verilən əlavələr çoxdur"

"Hərbçilərin pensiya məsələsi ilə bağlı 2020-ci ildə Konstitusiya Məhkəməsində də qərar qəbul edilib"

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, hərbçilərə verilən əlavələr çoxdur: "Hərbi qulluqçu ehtiyata gedəndə, pensiyaya çıxanda işlədiyi dövrdə aldığı əlavələrin cəminin pensiyaya nisbəti və maaşı götürülür. Adam istefaya gedəndən sonra hansısa yeni əlavə təsis olunursa, bu əlavələr artanda keçmiş hərbçiyə bu əlavələr aid edilmir və bu, pensiyada hesablanmır”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər