Avropa Komissiyası Rusiyanın aktivlərinin daha asan müsadirə etmək yolunu arayır
Tarix: 14-05-2022 18:03 | Bölmə: İqtisadiyyat
Avropa Komissiyası Rusiyanın aktivlərinin daha asan müsadirə etmək yolunu arayır

Avropa Komissiyası (AK) sahibləri sanksiyalara məruz qalan Rusiya aktivlərinin müsadirəsini sadələşdirmək niyyətindədir. Bu proses Avropanın Rusiyaya qarşı sanksiyalarının icrasını sürətləndirmək üçün nəzərdə tutulub.

Bildirilir ki, Brüssel Ukraynadakı müharibədə “əli olan” rusiyalı və belaruslu oliqarxlara və siyasətçilərə qarşı işi aktivləşdirməyə çalışır.

“Avropa Komissiyası yaxın vaxtlarda milli orqanların cinayət gəlirlərini izləmək, dondurmaq, müsadirə etmək və idarə etmək səlahiyyətlərini gücləndirmək məqsədilə aktivlərin müsadirəsi və qaytarılması üzrə mövcud hüquqi bazanın modernləşdirilməsinə dair təklif təqdim edəcək”, - AK vitse-prezidenti Marqaritis Şinas deyib.

Onun sözlərinə görə, bu gün Avropa İttifaqında sanksiyaya məruz qalan şəxslərin aktivləri 139 milyard avro qiymətləndirilir ki, bunun da yalnız 1 faizi müsadirə olunub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər