Dünya bazarında neft ucuzlaşıb
Tarix: 16-05-2022 11:09 | Bölmə: İqtisadiyyat
Dünya bazarında neft ucuzlaşıb

Xammala olan tələbin mümkün azalması ehtimalını nəzərdə tutan Çinin makroiqtisadi göstəricilərinin açıqlanmasından sonra dünya bazarlarında neftin qiyməti düşməyə başlayıb.

Reyting.az
xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyul fyuçersləri 1,7% ucuzlaşaraq, 1 bareli 109,65 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 1,5% düşərək, 1 bareli 107 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, statistik göstəricilər açıqlanmamışdan öncə isə yayda neftə olan tələblə bağlı nikbinlik hər iki markanın qiymətlərinin, təqribən, 0,7% artmasına səbəb olmuşdu.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər