Nazirin keçmiş müşaviri yeni vəzifəyə təyin edilib
Tarix: 17-05-2022 12:23 | Bölmə: İqtisadiyyat
Nazirin keçmiş müşaviri yeni vəzifəyə təyin edilib

“Atəşgah Sığorta” Şirkətinin Direktorlar Şurasında dəyişiklik olub.

“Atəşgah Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev "APA-Economics"ə bildirib ki, Namiq Xəlilov şirkətin Direktorlar Şurasına yeni üzv qəbul edilib. Şuraya digər üzv isə Yekaterina Şebarova seçilib.

Qeyd edək ki, onlar bu vəzifədə Vaqif Əliyev və Vladimr Solovyovu əvəzləyib.

Xatırladaq ki, Namiq Xəlilov uzun illər Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsində işləyib. 2016-ci ildə isə nazir Samir Şərifov Namiq Xəlilovu özünə müşavir təyin etmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər