Banklarda dollara tələb azalıb
Tarix: 17-05-2022 14:25 | Bölmə: İqtisadiyyat
Banklarda dollara tələb azalıb

Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında bankların dollara tələbi azalıb.

Reyting.az
xəbər verir ki, hərracda tələb 38,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu isə ötən hərracla müqayisədə 15,3% azdır. Belə ki, mayın 12-də keçirilən hərracda banklara 45,5 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər