Zəngilan və Füzulidə logistik mərkəzlər yaradılır
Tarix: 17-05-2022 23:58 | Bölmə: İqtisadiyyat
Zəngilan və Füzulidə logistik mərkəzlər yaradılır

Zəngilan və Füzuli rayonları ərazisində yüklərin daşınması üçün logistik mərkəzlər yaradılır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.

E. Nuriyev deyib ki, agentliyə Araz Vadisi İqtisadi Zonasının rezidenti kimi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün logistika şirkətindən müraciət daxil olub:

"Şirkət 50-yə yaxın yük maşını alıb və Zəngəzur dəhlizinin açılışından sonra müəssisənin işə salınması üçün infrastruktur qurur".

E. Nuriyev əlavə edib ki, “FedEX”, “UPS”, “ASE Express” və “American Express” kimi şirkətlərin yerli nümayəndəlikləri Qarabağ Logistika şirkətini yaradıb. Məqsəd Zəngilan və Füzuli hava limanlarında gömrük anbarları yaratmaq və öz mərkəzlərimizi formalaşdırmaqla beynəlxalq yükdaşımaları həyata keçirməkdir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}