Daha 32 dövlət əmlakı hərraca çıxarılacaq
Tarix: 18-05-2022 10:31 | Bölmə: İqtisadiyyat
Daha 32 dövlət əmlakı hərraca çıxarılacaq

İyunun 7-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.

Reyting.az
xəbər verir ki, hərraca 32 dövlət əmlakı - 16 kiçik dövlət müəssisəsi və obyekti, 1 yarımçıq tikili, 15-i nəqliyyat vasitəsi çıxarılacaq.

Kiçik dövlət müəssisəsi və obyektləri arasında mağaza, kərpic sexi, yardımçı təsərrüfat var. Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyətini torpaq sahələri ilə birgə özəlləşdirmək mümkündür. Əmlakların ümumi faydalı sahəsi 12-1 941 kvadratmetr arasında dəyişir.

Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1 000 - 15 000 manat, istehsal tarixləri isə 1997-2012-ci illər arasında dəyişir.

Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB ).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}