Türkiyə və Azərbaycan arasında böyük iqtisadi layihə reallaşır
Tarix: 19-05-2022 10:17 | Bölmə: İqtisadiyyat
Türkiyə və Azərbaycan arasında böyük iqtisadi layihə reallaşır

Türkiyə və Azərbaycana ciddi divdentlər qazandıracaq böyük iqtisadi layihənin reallaşmasına start verilir. Layihə hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı əhalinin işlə təmin olunması, ucuz bazarların təşkili və bu istiqamətdə digər məsələlərin həyata keçirilməsi ilə yanaşı hər iki ölkənin milli maraqları baxımından da strateji əhəmiyyət daşıyır.

Məlumata görə, çoxsaylı şirkətləri özündə birləşdirən “Aztürk” Holdinqin koordinatorluğu ilə reallaşdırılan layihə Azərbaycan və Türkiyə iqtisadiyyatının inkişafını sürətləndirəcək.

Layihə çərçivəsində öncə Azərbaycanda qida, tekstil, texnologiya və səhiyyə də daxil olmaqla bir çox sektoru əhatə edən böyük və çeşidli bazarlar qurulacaq. Burada müxtəlif sahələrdə açılacaq yeni iş yerlərində minlərlə vətəndaşımız işlə təmin olunacağı bildirilir.

Layihə ilə bağlı daha ətraflı məlumat veriləcək.





Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}