Daha iki ölkədən Azərbaycana bəzi məhsullarıın gətirilməsinə qadağa qoyulub
Tarix: 19-05-2022 12:38 | Bölmə: İqtisadiyyat
Daha iki ölkədən Azərbaycana bəzi məhsullarıın gətirilməsinə qadağa qoyulub

Fələstin və Moldovadan bəzi heyvan mənşəli məhsullarıın idxalı və ölkə ərazisindən tranzitinə məhdudiyyət tətbiq olunub.

Reyting.az
Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Fələstinin Hevron əyalətində dabaq, Moldovanın Unqeni rayonunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Fələstinin Hevron əyalətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına, o cümlədən Moldovanın Unqeni rayonundan OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri quşların ölkə ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Fələstin və Moldovadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər