Davosda Dünya İqtisadi Forumu başlayır
Tarix: 22-05-2022 14:09 | Bölmə: İqtisadiyyat
Davosda Dünya İqtisadi Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayır.

TASS xəbər verir ki, mayın 26-dək davam edəcək forum 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçiriləcək.

Rusiya nümayəndələrinin forumda iştirak etməyəcəyi bildirilir.

Siyasi və işgüzar elitanı bir araya gətirən forumda Ukraynadakı vəziyyət, təxirəsalınmaz humanitar məsələlər, təhlükəsizlik problemləri, pandemiyadan sonra iqtisadiyyatların bərpası, iqlim dəyişikliyi ilə mübarizə və dördüncü sənaye inqilabı texnologiyalarından istifadə məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, ənənəvi olaraq yanvar-fevral aylarında təşkil olunan Davos İqtisadi Forumu koronavirus məhdudiyyətləri səbəbindən 2021 və 2022-ci ilin əvvəllərində yalnız onlayn formatda keçirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}