Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında müddət artırılır
Tarix: 23-05-2022 17:33 | Bölmə: İqtisadiyyat
Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında müddət artırılır

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında nəzərə alınacaq müddət artırılır.

Reyting.az
xəbər verir ki, bu məsələ bu gün Milli Məclsiin komitəsində müzakirə olunub.

Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna edilən dəyişikliyə əsasən, əmək fəaliyyəti müddətindən əlavə olaraq əmək fəaliyyətinə aid olmayan, lakin sığortaolunanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajına daxil edilən dövrlərin nəzərə alınması, o cümlədən avtomatlaşdırılmış pensiya təyinatında, habelə sığortaolunanın ölümü ilə əlaqədar olaraq onun ailə üzvlərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatında bütün dövrlərin nəzərə alınması nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər