Dünya bazarlarında neft bahalaşır
Tarix: 24-05-2022 17:43 | Bölmə: İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır

Təklifin azalması haqqında narahatlığın artması fonunda dünya bazarlarında neft bahalaşmağa başlayıb.

Məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,2% bahalaşaraq 1 bareli 111 ABŞ dollarına satılıb. WTI neftinin iyun fyuçerslərinin qiyməti isə 0,22% artaraq 1 bareli 110,53 ABŞ dolları təşkil edib.

Ağ Ev ABŞ və Avropa Komissiyasının Rusiyadan enerji daşıyıcılarının idxalını azaltmağa yönəlmiş tədbirlərin görülməsi zərurəti barədə bəyanatından sonra “qara qızıl”ın mümkün çatışmazlığı qiymət artımına səbəb olub.

Bundan başqa, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen bəyan edib ki, əgər Aİ bu gün Rusiya neftindən imtina etməsə, embarqo tədricən tətbiq olunacaq. Bu bəyanat treyderlərin narahatlıqlarını daha da artırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər