Neft Fondu fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
Tarix: 25-05-2022 10:07 | Bölmə: İqtisadiyyat
Neft Fondu fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Reyting.az
-ın məlumatına görə, ARDNF bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yalnışdır və həqiqəti əks etdirmir.

Açıqlamada deyilir ki, bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləmək tövsiyə olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}