Vüqar Gülməmmədov: “Dövlət büdcəsinin gəlirləri artıb”
Tarix: 25-05-2022 11:31 | Bölmə: İqtisadiyyat
Vüqar Gülməmmədov: “Dövlət büdcəsinin gəlirləri artıb”

Ötən il dövlət büdcəsinin gəlirləri proqnozla müqayisədə 3,8 faiz çox icra edilib.

Reyting.az
xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

V. Gülməmmədov bildirib ki, büdcə gəlirlərinin artımının əsas mənbəyini hasilatın pay bölgüsü üzrə mənfəət vergisi, ƏDV, gəlir vergisi, gömrük rüsumu, dövlət rüsumu təşkil edib.

Palata sədri diqqətə çatdırıb ki, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər və dövlət mülkiyyətindəki torpaqların icarəyə verilməsindən daxilolmalar üzrə proqnoz göstəricilərə ümumilikdə 130,0 mln. manat məbləğində əməl olunmayıb.

“Hesabat ilində orta illik neft qiymətlərinin artımı fonunda DNF-dən dövlət büdcəsinə transfert məbləğinə qənaət edilməsi səbəbindən neft sektoru üzrə gəlirlərin proqnozu kəsirlə icra edilib. Eyni zamanda, xüsusilə vurğulayım ki, 2021-ci ildə neft sektoru üzrə büdcə ödənişləri proqnozla yanaşı həm də 2019-2020-ci illərlə müqayisədə azalıb",- deyə V. Gülməmmədov əlavə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər