Deputat: "İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmirlər"
Tarix: 25-05-2022 12:05 | Bölmə: İqtisadiyyat
Deputat: "İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmirlər"

"Əmək və Məşğulluq" altsistemi, demək olar, gənc nəsil və 45 yaşın altında olan şəxslər üçün uyğundur. Lakin işaxtaranların əksəriyyəti həmin sistemdən istifadə edə bilmir".

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, hər gün 20-ə yaxın vətəndaş məktubu göndərilir və çoxu da iş axtarmaqla bağlı olur: "İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmirlər. Çünki onlar əmək bazarının tələblərinə hazır deyillər və uyğun iş tapılmır. Eyni zamanda işaxtaranların əmək bazarının tələblərinə uyğunlaşdırılması və hazırlanması üçün maarifləndirmə işləri zəifdir. Ümumiyyətlə nə qədər insanın yeni yaradılan altsistemdən faydalanması sual altındadır. Bu məsələni həll etmək lazımdır".

M.Quliyev əlavə edib ki, ölkənin əmək bazarı da geniş deyil: "Görəcəyimiz işlər bundan sonra hələ çoxdur. Şirkətlər adətən yüksək ixtisaslı kadrların işə cəlbində maraqlıdırlar ki, işləri yaxşı davam etsin. Bəs həmin səviyyədə olmayan şəxslərin aqibəti necə olacaq? Onları işə kim götürəcək?! Təklif edərdim ki, bu sahədə olan qanunvericiliklə bağlı tək dövlət sektorundan yox, özəl sektordan tövsiyələr ala bilərik. Müvafiq qurumlar öz maraqlı dairəsində işləri həll edirlər. Amma problem bununla həll oluna bilməz".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər