Deputat: "Gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır"
Tarix: 25-05-2022 12:53 | Bölmə: İqtisadiyyat
Deputat: "Gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır"

"İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil".

Reyting.az
xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deyib.

O bildirib ki, ölkədə infilyasiya ilə bağlı rəqəmləri yoxlamağa ehtiyac var: "Daxildə də bizim kifayət qədər problemlərimiz var. İqtisadiyyat Nazirliyi bu istiqamətdə xeyli işlər görür, amma kifayət deyil. Azərbaycanda gündəlik təlabat mallarının qiymətlərinə yenidən baxılmalıdır. İnflyasiyadan istifadə edənlər var".

Deputat əlavə edib ki, ona daha çox sosial müdafiə ilə bağlı şikayətlər daxil olur: "Bu gün ən ciddi məsələ iş yerləri ilə əlaqədardır. Çox böyük işlər görülür. Ancaq Quba, Şəki, Xaçmaz bölgəsinə baxaq və görək işsizlik nə yerdədir. Niyə biz o bölgələrdə sənaye parkları açmırıq? Qubada Azad İqtisadi Zona da yaratmaq olar. Xahiş edirəm ki, həmin bölgələrdə işsizliklə bağlı məsələyə baxıslın”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər