Əli Məsimli: “Dövlət şirkətlərinin vəsaitləri səmərəsiz istifadə etməsinin qarşısı alınmalıdır”
Tarix: 25-05-2022 13:10 | Bölmə: İqtisadiyyat
Əli Məsimli: “Dövlət şirkətlərinin vəsaitləri səmərəsiz istifadə etməsinin qarşısı alınmalıdır”

“Dövlət şirkətlərinin vəsaitləri səmərəsiz istifadə etməsinin qarşısı alınmalıdır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputat Əli Məsimli deyib.

O bildirib ki, dövlət şirkətlərinin özəlləşdirilməsinə gedilməlidir: “Eyni zamanda, icbari tibbi sığortanın tətbiqinə büdcədən kifayət qədər vəsait ayrılıb. Mən təklif edirəm ki, orqan transplantasiyası ilə bağlı da büdcədən vəsait ayrılsın. Bu əməliyyatlar kifayət qədər bahalıdır. Hər dəfə həkimlərə seçicilərin problemi ilə bağlı müraciət etmək olmur”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər