Nazir: “Ərzağın qiymətinin qalxması problemdir, qazın qiyməti isə bizdə heç nədir"
Tarix: 25-05-2022 14:01 | Bölmə: İqtisadiyyat
Nazir: “Ərzağın qiymətinin qalxması problemdir, qazın qiyməti isə bizdə heç nədir"

“Ərzaqların qiymətinin qalxması problemdir. Bu, təkcə Azərbaycan üçün problem deyil”.

Reyting.az
xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, inkişaf etmiş ölkələr də bundan narahatdırlar: “Bu, çox böyük məsələdir. Ərzaq təhlükəsizliyimizin möhkəmləndilməsi istiqamətində dövlət başçısının tapşırığı var. Hökumət bunun üzərində işləyir”.

Nazir daha sonra yanacaqdan söz açıb.

O bildirib ki, ötən ilin əvvəlində Azərbaycanda yanacağın, qazın və digər məhsulların qiymətləri artırılıb: "Bu, çox ağır addım idi. Amma bu gün dünya miqyasında qazın qiymətinə baxsaq, görərik ki, bizdə qiymət heç nədir".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər