Nazir: "Dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq"
Tarix: 25-05-2022 14:44 | Bölmə: İqtisadiyyat
Nazir: "Dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq"

“Dövlət müəssisələrini dərhal özəlləşdirməklə heç nəyə nail olmayacağıq”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bizdə tarif sahəsində çox ehtiyatlı siyasət aparılır: “Çalışılır ki, tariflər kəskin surətdə artmasın. Dövlət büdcəsindən bu tariflərdə olan fərq bağlanılır. Ötən ilin əvvəlində bir çox neft məhsulları üzrə liberallaşdırmaya getdik. Biz faktiki olaraq qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq. Amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır. Hökumət bu məsələlərdə çox ehtiyatla davranır”/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər