Dünya Bankı: “Bir çox ölkələr tənəzzüllə üzləşə bilər”
Tarix: 27-05-2022 08:28 | Bölmə: İqtisadiyyat
Dünya Bankı: “Bir çox ölkələr tənəzzüllə üzləşə bilər”

Bu il bir çox ölkələr tənəzzüllə üzləşə bilər.

TASS xəbər verir ki, bu proqnozu Dünya Bankının (DB) prezidenti Devid Malpas Vaşinqtonda çıxışı zamanı verib.

Bu il dünyada iqtisadi tənəzzül ehtimalını şərh edərkən o, “Aydındır ki, bəzi ölkələrdə, hətta ola bilsin, bir çoxlarında tənəzzül olacaq”, - deyib.

Devid Malpas əlavə edib ki, bir sıra ölkələrdə iqtisadi tənəzzül daha çox Rusiya-Ukrayna müharibəsinin başa çatma müddətindən, eləcə də yeni qlobal təchizat zəncirlərinin yaradılmasından asılı olacaq.

“Faiz dərəcələrinin artırılmasının tələb olunacağından çox narahatam, çünki dünyada inflyasiya yüksək səviyyədədir. Bütün bunlar bizə qlobal ÜDM artımı ilə bağlı narahatlığın mahiyyəti haqqında fikirlər verir. Hazırda Çində, eləcə də Avropada iqtisadi artımda yubanma müşahidə olunur. Bu da inkişaf etməkdə olan ölkələrə təsir edir”, - D.Malpas bildirib.

Onun sözlərinə görə, indi Avropanın qarşısında Rusiyanın enerji daşıyıcılarından böyük asılılıqdan necə qurtulacağını həll etmək dayanır: “Bu isə o deməkdir ki, daha təmiz enerji mənbələri haqqında səmimi söhbət etmək lazımdır”.

Eyni zamanda D.Melpas keçid yanacağına ehtiyac olduğunu diqqətə çatdırıb və bu mənada təbii qazdan istifadəni göstərib.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər