Azərbaycan neftinin qiyməti artıb
Tarix: 27-05-2022 09:19 | Bölmə: İqtisadiyyat
Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiymətində cüzi bahalaşma olub.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,94 ABŞ dollar və ya 2,39 faiz artaraq, 125,75 dollar təşkil edib.

Onu da qeyd edək ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,21 faiz artaraq, 1 barelə görə 114,41 dollara yüksəlib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında isə bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,09 faiz yüksələrək, 114,19 dollar olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər