Avropa İttifaqı: “Ukraynanın bərpası üçün milyardlar lazım olacaq”
Tarix: 01-06-2022 15:22 | Bölmə: İqtisadiyyat
Avropa İttifaqı: “Ukraynanın bərpası üçün milyardlar lazım olacaq”

“Ukraynanın bərpası üçün milyardlarla avro və ya dollar lazım olacaq”.

Ukrayna mətbuatı xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas bildirib.

“Beynəlxalq tərəfdaşlar tərəfindən müzakirələr yeni başlayıb: müzakirələr bu vəsaitləri necə toplamaq, onları Ukrayna ilə əməkdaşlıq çərçivəsində necə idarə etmək haqdadır. Təbii ki, Ukraynanın güclü iştirakı olmalıdır. Bu vəsaitin nəyə xərclənməsinə ehtiyacın olması ilə bağlı qərarı sizdən yaxşı heç kim verə bilməz”, - o, çərşənbə günü Ukrayna media mərkəzində keçirilən brifinqdə bildirib.

M. Maasikas bu məsələ ilə bağlı daha çox texniki və maliyyə müzakirələrinin davam etdiyini vurğulayıb/Report.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}