SOCAR rəhbəri: "Hələ bir neçə illər neft və qaza olan tələbat sabit qalacaq"
Tarix: 02-06-2022 12:35 | Bölmə: İqtisadiyyat
SOCAR rəhbəri: "Hələ bir neçə illər neft və qaza olan tələbat sabit qalacaq"

"Azərbaycan qaza artan tələbatı ödəmək imkanı var və hazırda Cənub Qaz Dəhlizi vasitəsi ilə Azərbaycan qazı Avropaya ixrac edilik".

Reyting.az
 xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, şirkətin prezidenti vəzifəsinin müvəqqəti icraçısı Rövşən Nəcəf Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"Amma artan tələbatı bu layihə qarşılamaq iqtidarında deyi, ancaq biz də bununla bağlı işlər aparırıq", - R. Nəcəf qeyd edib.

SOCAR rəsmisi əlavə edib ki, qaz layihələrinin reallaşdırılması üçün maliyyə institutları ilə əməkdaşlıq artırılmalıdır:

"Biz tərəfdaşlarımızla Xəzər dənizinin cəlbediciliyinin artırılması istiqamətində danışıqlar aparırıq. Təbii ki, biz bunu qaydalar çərçivəsində və sıfır karbon emissiyası şərtləri ilə reallaşdırmaq istəyirik.

SOCAR enerji şirkəti olaraq orta və uzunmüddətli enerjiyə olan tələbatı qarşılamaq üçün fəaliyyət göstərir. Biz daha çox rəqəmsal şirkət olmaq üçün çalışırıq. Hansı ki, bunun da üstünlükləri var. Onlardan biri də karbon emissiyasının azaldılmasıdır".

O hesab edir ki, hələ bir neçə illər neft və qaza olan tələbat sabit olaraq qalacaq: "Neft-qaz proseslərində ekoloji məsələlərə əməl edilməlidir. Təəssüf ki, qaz sektoru son illər investisiya azlığı ilə üzləşir, amma bunu inkişaf etdirmək lazımdır. Azərbaycan da qaz ixracatçısıdır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər