BP-nin regional prezidenti: “Xəzər regionu bizim üçün çox vacibdir”
Tarix: 02-06-2022 14:20 | Bölmə: İqtisadiyyat
BP-nin regional prezidenti: “Xəzər regionu bizim üçün çox vacibdir”

“Xəzər regionu bizim üçün çox vacibdir. Bu, enerji daşıyıcılarının nəqli üzrə təhlükəsiz marşrutdur”.

Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Harri Cons Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransda bildirib.

“Bu gün, böyük kapitalın qoyulduğu və layihələrin həyata keçirildiyi təmiz enerji haqqında da danışmalıyıq”, - o deyib.

Onun sözlərinə görə, Azəri-Çıraq-Günəşli yataqlarında xeyli iş görülür. “Yeni texnologiyalar tətbiq edilməlidir və bu sahədə işlər aparılır. Atmosferə zərərli tullantıların atılmasını azaltmaq üçün texnologiyalardan istifadə edilməlidir”, - BP-nin regional prezidenti diqqətə çatdırıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər