Fond 3 243 tələbəyə kredit verib
Tarix: 06-06-2022 11:21 | Bölmə: İqtisadiyyat
Fond 3 243 tələbəyə kredit verib

Təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin son statistikası açıqlanıb.

Təhsil Tələbə Kredit Fondunun məlumatına görə, bu günə qədər 4 919 tələbə kredit almaq üçün müraciət edib.

Bildirilir ki, müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit üçün müraciətin 400-nə imtina cavabı verilib.

Ümumilikdə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər