12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Mahaçqala-Bakı aviareysi ləğv olunub
Tarix: 06-06-2022 16:01 | Bölmə: İqtisadiyyat
Mahaçqala-Bakı aviareysi ləğv olunub

Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.

Rusiya mətbuatı xəbər verir ki, bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazəni geri çağırması ilə əlaqədardır.

“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib.

İcazənin ləğvinin səbəblərini açıqlamayıblar.

Aviareyslərin ləğvi ilə bağlı məlumat Heydər Əliyev Beynəlxalq Aeroportundan “APA-Economics”ə təsdiqlənib.

Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb