Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuşa güzəştlər azaldılıb
Tarix: 06-06-2022 20:11 | Bölmə: İqtisadiyyat
Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçuşa güzəştlər azaldılıb

Nazirlər Kabineti "Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib.

Reyting.az
-ın xəbərinə görə, indiyə qədər qüvvədə olan qərara əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan Azərbaycan Respublikasının vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə (Azərbaycan Respublikasının vətəndaşlığı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərə) təsdiq olunmuş uçuş tarifi üzrə 20 manat (aeroportda hava gəmisinə xidmət xərcləri və digər əlavə xərclər nəzərə alınmaqla) məbləğində güzəşt edilib.

Dəyişikliyə əsasən, bu güzəşt 20 manatdan 10 manata endirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər