Daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib
Tarix: 07-06-2022 17:11 | Bölmə: İqtisadiyyat
Daha 13 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 7-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Reyting.az
vəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 63 sifariş qəbul olunub, bunun 20-si elektron qaydada həyata keçirilib.

Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və hərraclara internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları hərraclarda iştirakı daha da sadələşdirib. Bu isə, hərraclara qatılanların sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Belə ki, ilkin satış qiyməti 12 000 manat olan “Volkswagen Amarok” markalı avtomobilə edilən ən son təklif 2 dəfəyə yaxın artaraq 21 000 manat olub. Bundan başqa, ilkin satış qiyməti 5 000 manata olan “BMW-530i” markalı maşın 9 000 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3xpcU1t)

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti özəlləşdirmə hərracları 14, 21 və 28 iyun tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər