Azərbaycanla Çexiya arasında birgə İşçi Qrupu yaradılacaq
Tarix: 08-06-2022 11:17 | Bölmə: İqtisadiyyat
Azərbaycanla Çexiya arasında birgə İşçi Qrupu yaradılacaq

Azərbaycan və Çexiya arasında energetika sahəsində əməkdaşlığı genişləndirilməsi ilə bağlı birgə İşçi Qrupu yaradılacaq.

Reyting.az Energetika Nazirliyinə istinadən bildirir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Çexiyanın Azərbaycandakı səfiri Milan Ekertinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar keçirdiyi qəbul zamanı məlum olub.

Məlumata görə. görüşdə iki ölkə arasında enerji əməkdaşlığı, o cümlədən Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişdən irəli gələn, həmçinin birgə İşçi Qrupun yaradılması və onun ilk iclasının keçirilməsi kimi məsələlər müzakirə edilib.

Nazir Azərbaycanda səlahiyyət müddəti başa çatan səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb, səfir isə bundan sonra da iki ölkə arasında enerji əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər