ARDNF-lə bağlı qərarlar qəbul edilib
Tarix: 10-06-2022 23:51 | Bölmə: İqtisadiyyat
ARDNF-lə bağlı qərarlar qəbul edilib

Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Müşahidə Şurasının iclası keçirilib. 10 iyunda keçirilən iclasda ARDNF-nin 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2021-ci il büdcəsinin icrası və digər məsələlər müzakirə olunub.

Reyting.az
-ın məlumatına görə, ARDNF-nin 2021-ci ildə fəaliyyəti haqqında illik hesabatın, auditin nəticələrinin və 2021-ci il üçün büdcəsinin icrasının Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə müvafiq qərarlar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər