Avropada təbii qaz ucuzlaşıb
Tarix: 13-06-2022 11:57 | Bölmə: İqtisadiyyat
Avropada təbii qaz ucuzlaşıb

Avropada təbii qazın qiyməti gün ərzində orta hesabla 1,8% düşüb və hazırda min kubmetr üçün 882-893,5 ABŞ dolları arasında dəyişir.

Londonun “ICE Futures” birjası xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın fyuçerslərinin qiyməti günə 882,1 dollarla başlayıb. Bu isə cümə günü qeydə alınmış qiymətlə (903,8 dollar) müqayisədə 2,4% daha aşağıdır/Report.

Xatırladaq ki, Rusiyadan enerji daşıyıcılarının idxalına qadağa tətbiq edilməsi ilə bağlı narahatlıqlar fonunda martın əvvəllərində təbii qazın qiyməti bir neçə dəfə rekordları yeniləyib və martın 7-si maksimum 3 892 dollar təşkil edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}