Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclasının vaxtı bəlli olub
Tarix: 13-06-2022 15:22 | Bölmə: İqtisadiyyat
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclasının vaxtı bəlli olub

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 14-də keçiriləcək Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasında iştirak etmək üçün Londona səfər edib.

Reyting.az
-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, iclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlərin nəzərdən keçirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, investisiyaların artırılması, enerji keçidi, rəqəmsal iqtisadiyyat, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa dair müzakirələrin aparılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Böyük Britaniya tərəfdən isə ixracat naziri Mike Freerdir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər