18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Dünya bazarlarında neft ucuzlaşıb
Tarix: 13-06-2022 16:17 | Bölmə: İqtisadiyyat
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft bazar ertəsi Çində bu enerji resursuna tələbatın azalacağı ilə bağlı narahatlıq fonunda 1%-dən çox ucuzlaşıb.

Məlumata görə, “Brent” markalı neftin 1 barelinin avqust fyuçerslərinin qiyməti 1,36% ucuzlaşaraq 120,35 dollar, WTI markalı neftin 1 barelinin iyul fyuçerslərinin qiyməti isə 1,41% azalaraq 119,97 dollar təşkil edib/Report.

Qeyd edək ki, Çində koronavirusa yeni yoluxma hallarının aşkar edilməsi fonunda neft ucuzlaşır. Buna səbəb investorların yeni məhdudiyyətlərin tətbiq ediləcəyi ilə bağlı narahatlığıdır. Belə ki, dünyada ən böyük neft idxalçısı olan Çində məhdudiyyətlər səbəbindən “qara qızıl”a olan tələbat xeyli azala bilər.

Bundan başqa, dolların möhkəmlənməsi də neftin qiymətinə mənfi təsir edən amillərdən biridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}