13:11 / 17-11-2025
ANAMA-nın əməkdaşı Ermənistanla sərhəd bölgədə minaya düşüb
13:08 / 17-11-2025
Lənkəranda iki nəfərin yanmış meyiti aşkarlanıb
13:04 / 17-11-2025
İmişlidə karxanada qəza: sürücü ölüb
12:50 / 17-11-2025
Üç dövlət nüvə silahlarının sayını artırır
12:40 / 17-11-2025
Azal sərnişinlərə yeni qadağa qoyub
12:35 / 17-11-2025
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
12:31 / 17-11-2025
Yaponiya ilə Cənubi Koreya arasında yenidən gərginlik yaranıb
12:26 / 17-11-2025
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verib - Foto
12:21 / 17-11-2025
ABŞ rəsmisi TRİPP layihəsini müzakirə etmək üçün İrəvana gəlib
12:07 / 17-11-2025
Sabahın hava proqnozu açıqlanıb
11:55 / 17-11-2025
Arif Rəhimzadə: "Ramiz Mehdiyevlə konkret məhkəmə qərarı olduqdan sonra..."
11:38 / 17-11-2025
Azərbaycan WUF13 çərçivəsində liderlərin sammitinə ev sahibliyi edəcək
11:33 / 17-11-2025
Ukraynanın daha iki şəhəri mühasirəyə alına bilər
11:28 / 17-11-2025
Sürücülük vəsiqəsi almaq üçün yenilik edilib
10:59 / 17-11-2025
Nazir Vüqar Mustafayev Pakistanda hərbi təlimi izləyib
10:58 / 17-11-2025
Rusiyaya gedənlərin sayı azalıb - Səbəb
10:32 / 17-11-2025
Ağdərə və Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
10:25 / 17-11-2025
Şahruddin Məhəmmədəliyev: "Bundan sonrası daha pis olacaq"
10:10 / 17-11-2025
Anardan yayılan fotosuna reaksiya: "Hansı klinikadır, heç xatırlamıram"
10:04 / 17-11-2025
Prezident WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib
10:02 / 17-11-2025
Saməddin Əsədov WTDC-25-in sədri seçilib
09:28 / 17-11-2025
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
09:15 / 17-11-2025
Prezident Milli Dirçəliş Günü münasibətilə foto paylaşıb
09:11 / 17-11-2025
Mehriban Əliyeva sosial şəbəkədə paylaşım edib - Foto
09:06 / 17-11-2025
Tramp suala görə jurnalisti təhqir edib
08:58 / 17-11-2025
Səhiyyə işçiləri hökumət əleyhinə yürüş keçiriblər
08:52 / 17-11-2025
Ankara hökumətlə üsyançıların razılaşmasını alqışlayır
08:40 / 17-11-2025
Çilidə prezident və parlament seçkiləri ikinci tura qalıb
08:35 / 17-11-2025
52 dövlət nasizmi “dəstəkləyir”
08:30 / 17-11-2025
Tramp Maduro ilə mümkün danışıqları açıqlayıb
16:53 / 12-11-2025
Təyyarə qəzasında həlak olan hərbçilər Türkiyə-Azərbaycan ittifaqının ilk şəhidləridir
17:00 / 14-11-2025
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var
14:25 / 15-11-2025
İlham Əliyev Özbəkistanda səfərdədir - (Yenilənib) - Fotolar
18:03 / 13-11-2025
Növbəti müharibələr kosmosda başlayacaq - Xəbərdarlıq
16:01 / 14-11-2025
Azərbaycan Rusiyaya nota verib
16:32 / 14-11-2025
Ekspert: Ermənistan 5-10 il ərzində Azərbaycana qarşı silahlanmanı davam etdirəcək
14:18 / 15-11-2025
Ağdam və Zəngilana növbəti köç karvanları gedib - (Yenilənib)
18:17 / 14-11-2025
Ərəstun Oruclunu həbs etmək istəyirlər
13:57 / 13-11-2025
Xocalının daha iki kəndinə köç karvanı gedib - Fotolar
22:57 / 14-11-2025
BMT Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
21:10 / 12-11-2025
Karateçimiz İslam Həmrəyliyi Oyunlarının qalibi olub
12:34 / 13-11-2025
Təhlükəli virus yayılır - Xəbərdarlıq
Pərviz Şahbazov: "Böyük Britaniya Azərbaycana ən çox sərmayə yatıran ölkədir"
Tarix: 14-06-2022 17:28 | Bölmə: İqtisadiyyat

Böyük Britaniya ilk vaxtlardan sərmayələri və enerji sektorunun inkişafına dəstəyi ilə Azərbaycanın iqtisadi müstəqilliyində mühüm rol oynayan tərəfdaşıdır.
Reyting.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu bu gün Londonda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclası zamanı Hökumətlərarası Komissiyanın iclasında həmsədr, Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, Böyük Britaniya 32 milyard dollardan çox sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur: “İki ölkə arasında ötən il ticarət dövriyyəsi 47 % artaraq 668 milyon dollara yaxın olub”.
P. Şahbazov çıxışında diplomatik münasibətlərin 30 illiyini qeyd edən ölkələrimiz arasında yüksək siyasi dialoqun Cənubi Qafqazda nümunəvi güclü iqtisadi tərəfdaşlıqla bir-birini tamamladığını qeyd edib. Strateji tərəfdaşlıq xarakteri daşıyan bu münasibətlərə Azərbaycan Prezidenti İlham Əliyev, Böyük Britaniya və Şimali İrlandiya Krallığının baş naziri Boris Consonun son məktublarında da böyük əhəmiyyət verildiyi vurğulanıb. Çıxışda BP vasitəsilə ölkəmizin neft-qaz sektoruna indiyə qədər 29 milyard dollara yaxın sərmayə yatırımı, Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının göstəricisi kimi dəyərləndirilib.
Nazir bu əməkdaşlığın qlobal çağırışlara uyğun yeni mərhələyə daxil olduğunu deyib: “Birləşmiş Krallıqla enerji sahəsində uzunmüddətli tərəfdaşlığımızı strateji enerji dayanıqlığı və “yaşıl” enerji gündəliyinin həyata keçirilməsinə mühüm töhfə kimi görürük. Bu günlərdə Cəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə mühüm irəliləyişə nail olduq. Düşünürük ki, tez bir zamanda bu stansiyanın inşası bp ilə “yaşıl” enerji, dekarbonizasiya, ümumiyyətlə enerji keçidi istiqamətində uğurlu əməkdaşlığımızın təsdiqi olacaqdır. Azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji zonası” konseptində inkişafı, “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma və Xəzər dənizinin 157 QVt külək enerjisinin elektrik enerjisi və hidrogenin istehsalı/ixracına yönəldilməsi ilə bağlı planlar Böyük Britaniya ilə “yaşıl” tərəfdaşlığın inkişafı üçün böyük imkanlardır.”
Nazir azad edilmiş torpaqlarımızın dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biri olduğunu, mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsindəki çətinliklərin bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası, mühüm layihələrin həyata keçirilməsi üçün başlıca maneə olduğunu da diqqətə çatdırıb. Bu məsələdə beynəlxalq dəstəyin və yardımın vacibliyini qeyd edib.
İclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər nəzərdən keçirilib. Enerji keçidi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların artırılması, mina təhlükəsi ilə mübarizə, rəqəmsal iqtisadiyyat, infrastruktur, səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb və qarşılıqlı təqdimatlar dinlənilib. Yeni investisiya imkanları barədə ətraflı məlumat verilib, Azərbaycan-Britaniya Ticarət Palatasının fəaliyyətə başlamasının əhəmiyyəti qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi bildirilib.
Qeyd edək ki, iclasdan əvvəl Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Hökumətlərarası Komissiyanın həmsədri, energetika nazri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Həmçinin energetika nazri Pərviz Şahbazov ilə Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands və ixracat naziri Mike Freer arasında ikitərəfli görüşlər olub. Görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Görüşlərdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın ixracat naziri Mike Freer çıxış ediblər.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixracat naziri Mike Freer deyib: “Ölkələrimiz arasındakı diplomatik münasibətlərin 30-cu ildönümünü ticarət sahəsindəki mühüm danışıqlarla qeyd etmək çox xoşdur. Hazırda 1 milyard funt-sterlinqdən çox olan ticarət dövriyyəmiz mövcuddur və Hökumətlərarası Komissiya əlaqələrimizi genişləndirmək və dərinləşdirmək üçün bir fürsətdir. Böyük Britaniya şirkətləri Azərbaycanla bərpa olunan enerjiyə keçid, yeni texnologiyaya investisiya, səhiyyə və təhsil sahələrində tərəfdaşlıq edir və biz qarşıdakı illərdə birgə fəaliyyət üçün daha çox imkanların olacağına inanırıq”.
Tədbir çərçivəsində ““İDRAK Texnoloji Transfer” şirkəti ilə Birləşmiş Krallığın “ApplianSys” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Hökumətlərarası Komissiyanın 6-cı iclasının isə 2023-cü ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.
Bölməyə aid digər xəbərlər

15-11-2025, 10:20
Rəşt-Astara dəmir yolu üzrə icra müqaviləsi yaxın vaxtlarda imzalanacaq
14-11-2025, 18:01
Qanunu pozan şirkət rəhbəri 20 min manat cərimələnib
14-11-2025, 17:30
Deputatlar bu tarixlərdə büdcəni müzakirə edəcəklər
14-11-2025, 16:47
İpoteka və Kredit Zəmanət Fondu 650 minlik xidməti maşınlar alır
14-11-2025, 16:29
Bakıda iki tona yaxın yararsız ət aşkarlanıb
14-11-2025, 12:17
Bakıda at ətini dana əti adı ilə satırmışlar
13-11-2025, 17:43
Nazim İbrahimovun qardaşının köhnə maşını hərracda satılacaq
13-11-2025, 16:36
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişib
13-11-2025, 16:25
Ən çox şikayət olunan sığorta şirkətləri - Siyahı
13-11-2025, 14:53
Bakıdakı şadlıq evində insanlara camış əti verilirmiş
13-11-2025, 12:57
On üç bankın əmlakı hərraca çıxarılıb
13-11-2025, 11:26
Yarım milyard manatlıq qalmaqallı vəsait... - Məhkəmə prosesi keçirilib
13-11-2025, 11:19
Vergi Xidmətində növbəti kadr dəyişikliyi olub
12-11-2025, 17:05
Çin şirkəti ilə günəş enerjisi layihəsi üzrə İcra Müqaviləsi imzalanıb
12-11-2025, 15:44
"İpoteka haqqında" qanun dəyişib
12-11-2025, 15:41
Şahin Məmmədov rəis müavini təyin edilib
12-11-2025, 11:26
SOCAR daha bir şirkət təsis edib
12-11-2025, 09:51
Əli Əsədov büdcə ilə bağlı yeni qərar imzalayıb
12-11-2025, 07:24
ABŞ vətəndaşlarının borcu 18,6 trilyon dollara çatıb
11-11-2025, 12:13
Yeni avtomobil dünya rekordu qazanıb
9-11-2025, 16:24
"Starlink" istifadəçilərinin sayı 8 milyonu keçib
9-11-2025, 16:15
Ən varlı ölkələr - Siyahı
7-11-2025, 15:11
Sahib Ələkbərov: “Vergi güzəştinin ləğvindən söhbət gedə bilməz”
7-11-2025, 10:09
"Neft Daşları"nda 181,8 mln. ton neft hasil edilib
7-11-2025, 08:40
"Apple" hər il "Google" şirkətinə bir milyard dollar ödəyəcək
6-11-2025, 14:01
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolu ödənişli olacaq
6-11-2025, 12:37
Media subyektləri üçün vergi güzəştləri uzadılacaq
6-11-2025, 09:36
Neftimiz cüzi ucuzlaşıb
5-11-2025, 17:30
Şadlıq evlərində mənşəyi məlum olmayan ətlər aşkarlanıb
5-11-2025, 17:11
326 milyonluq qaçaqmalçılıq edən şəxslərə hökm oxunub
5-11-2025, 15:58
Mərkəzi Bankda yeni təyinat olub
5-11-2025, 15:33
“European Tobacco-Baku” ASC səhmdarlara kələk gəlir - Şikayət var
5-11-2025, 14:47
Sosial, işsizlik və icbari tibbi sığorta daxilolmaları artıb
5-11-2025, 09:30
Dünya bazarı: Azərbaycan nefti ucuzlaşır
4-11-2025, 15:48
Nazir vergi güzəşti olacaq sahələri açıqlayıb
4-11-2025, 15:43
Bu qurumların layihələrinə vəsait ayrılmayacaq - Siyahı
4-11-2025, 14:56
Büdcə layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib
4-11-2025, 12:25
Azərbaycanın strateji valyuta ehtiyatı artıb
4-11-2025, 09:45
Gənclərimizi “zəhərləyən” “Bizon”... - Deputatdan çağırış
4-11-2025, 09:41
Dövlət Agentliyində maaş niyə verilmir? - Şikayət var
4-11-2025, 08:32
Berinq boğazından keçəcək tunelin dəyəri açıqlanıb
3-11-2025, 17:24
Sahibkarlıq subyektləri ilə bağlı yeni qərar verilib
3-11-2025, 11:26
İcra hakimiyyətinin tenderləri şübhə yaradb
3-11-2025, 10:09
Dünyada analoqu olmayan yol istifadəyə verilib
3-11-2025, 08:17
“OPEC+” dekabrda neft hasilatını artıracaq

Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək