Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
Tarix: 17-06-2022 15:41 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) faiz dəhlizi parametrlərinin sabit saxlanılması barədə qərar qəbul edib.

Reyting.a
z xəbər verir ki, uçot dərəcəsi 7,75 %, dəhlizin aşağı həddi 6,25 %, yuxarı həddi isə 9,25 % səviyyəsində saxlanılıb.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı iyulun 29-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər