Samir Şərifov: "Orta illik inflyasiyanın 12,5 % səviyyəsində reallaşması gözlənilir”
Tarix: 20-06-2022 11:37 | Bölmə: İqtisadiyyat
Samir Şərifov: "Orta illik inflyasiyanın 12,5 % səviyyəsində reallaşması gözlənilir”

Bu ilin sonuna Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının nominal ifadədə 115,4 milyard manata, real artım tempinin 5,5 %-ə çatması proqnozlaşdırılır.

Bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, o cümlədən qeyri-neft ÜDM-in nominal ifadədə 65,7 milyard manata qədər artacağı gözlənilir:

“Həmin dövrdə Azərbaycanda orta illik inflyasiyanın 12,5 % səviyyəsində reallaşması gözlənilir.”




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər