Daha iki ölkədən Azərbaycana heyvan və quş əti gətirilməsinə məhdudiyyət qoyulub
Tarix: 21-06-2022 17:32 | Bölmə: İqtisadiyyat
Daha iki ölkədən Azərbaycana heyvan və quş əti gətirilməsinə məhdudiyyət qoyulub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Avstriya Respublikasının Aşağı Avstriya və Tirol inzibati ərazi vahidlərində, Qazaxıstan Respublikasının Aqmola, Pavlodar, Şimali Qazaxıstan və Aqtöbe vilayətlərində iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi qeydə alınıb.

Reyting.az
Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Avstriya və Qazaxıstan respublikalarından bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların ölkəmizə idxalı zamanı “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləs”inin 11.8-ci fəsilinin tələblərinə (idxal etmək üçün seçilmiş heyvanlardan göndərildiyi gün sözügedən xəstəliyə görə heç bir kliniki əlamətin müşahidə olunmaması, heyvanların son 6 ayda həmin xəstəliyin qeyd alınmadığı sağlam təsərrüfatdan gəlməsi, 30 gündən az olmayaraq ixracatçı ölkənin karantin məntəqələrində saxlanması və karantin müddətində qeyd olunan xəstəliyə görə iki dəfə (21 gündən az olmayan intervalla) laborator müayinəyə cəlb olunması, o cümlədən genetik materiallar üçün damazlıq buğaların və donor inəklərin xəstəliyə görə sağlam naxırdan olması) riayət olunması ixracatçı ölkə tərəfindən verilən müşayiətedici baytarlıq sertifikatında qeyd olunduğu halda həyata keçirilməlidir.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Avstriya və Qazaxıstan respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər