20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Samir Şərifov: "Bu gündək özəl sektora 510 milyon avro kredit ayırıb"
Tarix: 24-06-2022 11:09 | Bölmə: İqtisadiyyat
Samir Şərifov: "Bu gündək özəl sektora 510 milyon avro kredit ayırıb"

"Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) fəaliyyətə başlayandan bu günə qədər Azərbaycanda özəl sektora 510 milyon avro kredit ayırıb.

Bunu Bakıda keçirilən Azərbaycan-QDTİB biznes forumunda maliyyə naziri Samir Şərifov bildirib.

O, həmçinin qeyd edib ki, bank yerli maliyyə bazarlarının inkişafında da iştirak edib: “2019-cu ildə "Bakı Fond Birjası" QSC-də QDTİB-nin korporativ istiqrazları üzrə hərrac keçirilib və cəlb edilmiş vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulub. Bununla da, Bank Azərbaycanda milli valyuta ilə istiqraz yerləşdirilən ilk beynəlxalq maliyyə qurumu olub”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər