Conson: "Heç bir şey masadan kənarda qalmamalıdır"
Tarix: 27-06-2022 18:01 | Bölmə: İqtisadiyyat
Conson: "Heç bir şey masadan kənarda qalmamalıdır"

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya hücumunun bütün dünyada yaşayış qiymətlərinin artmasına təsir göstərdiyini deyib.

Məlumata görə, G7 sammitində olan Conson "Twitter"də Rusiya prezidenti Vladamir Putinin Ukraynadakı hərəkətlərinin dünyada enerji və ərzaq qiymətlərini artırdığını deyib.

"Qlobal liderlər Ukraynaya kömək etmək və bütün dünyada ev təsərrüfatlarının həyatını asanlaşdırmaq üçün bir araya gəlməlidirlər. Heç bir şey masadan kənarda qalmamalıdır", deyə baş nazir bildirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər