18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Yaşıl enerjiyə keçid sürətləndiriləcək
Tarix: 28-06-2022 06:21 | Bölmə: İqtisadiyyat
Yaşıl enerjiyə keçid sürətləndiriləcək

G7 ölkələri (Böyük yeddilik) tərəfdaş dövlətlərlə (Argentina, Hindistan, İndoneziya, Seneqal və Cənubi Afrika) qalıq yanacaqlardan asılılığın azaldılması və yaşıl enerjiyə keçidi sürətləndirməklə bağlı razılığa gəliblər.

Reyting.az
xəbər verir ki, bu barədə G7 Zirvə Görüşü çərçivəsində qəbul olunmuş bəyanatda deyilir.

Bəyan edilir ki, enerji balansında karbohidrogen tərkibli enerji daşıyıcılarının payının azaldılması və qalıq yanacaqlardan imtina prosesinin sürətləndirilməsi istiqamətində imkanları nəzərdən keçirmək barədə razılığa gəlinib.

Həmçinin, təmiz bərpaolunan enerji mənbələri sahəsində inkişaf və enerji səmərəliliyinin artırılması istiqamətində də razılıq əldə edilib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}