Azərbaycan və İran Araz çayından birgə istifadə üzrə bölgü cədvəlləri hazırlayıb
Tarix: 30-06-2022 13:48 | Bölmə: İqtisadiyyat
Azərbaycan və İran Araz çayından birgə istifadə üzrə bölgü cədvəlləri hazırlayıb

Araz su anbarının iş rejimi və Azərbaycan və İran arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanaraq, Protokol imzalanıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC məlumat yayıb.

Bildirilib ki, bu məsələlər Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycanın və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 51-ci görüşündə müzakirə olunub. Görüş İranın Təbriz şəhərində keçirilib.

Bildirilir ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdiri Elçin Məmmədov və sektor müdiri Elxan Hüseyinov, Azərbaycan Ekologiya və Təbii Sərvətlər nazirliyinin və Naxçıvan MR-nın aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Komissiyasının 52-ci görüşün Protokol layihəsinin müzakirəsi gələn il Bakı şəhərində keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər