Daha 9 şirkət "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti olmaq istəyir
Tarix: 06-07-2022 15:54 | Bölmə: İqtisadiyyat
Daha 9 şirkət "Araz Vadisi İqtisadi Zonası"nın rezidenti olmaq istəyir

Cəbrayılda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında rezidentlik statusu almaq istəyən 9 sahibkarlıq subyektinin müracətlərinə baxılır.

Bunu açıqlamasında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədr müavini Elxan Şiriyev bildirib.

Onun sözlərinə görə, söhbət yerli şirkətlərdən gedir.

"Onların layihələri əsasən logistika və texniki servis mərkəzlərinin yaradılmas, kənd təsərrüfatı texnikasına təmir xidmətlərinin göstərilməsi ilə bağlıdır. "Araz Vadisi İqtisadi Zonası" logistik yerləşməsinə görə, burada TIR parklarının yaradılması, yük avtomobillərinin təmiri mərkəzinin qurulması məsələləri var. Məişət kimya məhsullarının istehsalı ilə bağlı layihə də var", - deyə o, qeyd edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}