20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
“Aztelekom” 4 mbit/s və 10 mbit/s optik internet tariflərini ləğv edir
Tarix: 06-07-2022 19:17 | Bölmə: İqtisadiyyat
“Aztelekom” 4 mbit/s və 10 mbit/s optik internet tariflərini ləğv edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s optik internet tariflərini ləğv edir.

MMC-dən verilən məlumata görə, bu tariflərin istifadəçiləri üç qat daha sürətli olan 15 mbit/s və 30 mbit/s tarif paketlərinə keçiriləcək.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyniadlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər