Tokayev: "Qazaxıstan üçün Transxəzər marşrutu prioritet istiqamətdir"
Tarix: 07-07-2022 13:17 | Bölmə: İqtisadiyyat
Tokayev: "Qazaxıstan üçün Transxəzər marşrutu prioritet istiqamətdir"

"Qazaxıstan üçün neft tədarükünün şaxələndirilməsi mühüm vəzifədir".

Bu barədə Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev ölkənin nəqliyyat-tranzit potensialının inkişafına həsr olunmuş müşavirə zamanı bildirib.

“Prioritet istiqamət Transxəzər marşrutudur. Mən “KazMunayQaz”a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsindən investorların cəlb edilməsi imkanlarını işləyib hazırlamağı tapşırıram”, - Kasım-Jomart Tokayev qeyd edib.

Prezident qeyd edib ki, hökumət “Samruk-Kazına” (Qazaxıstanın investisiya holdinqi – red.) ilə birlikdə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməlidir/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}