Səfir: “Azərbaycan qazı Qərbə Türkiyə üzərindən verilir"
Tarix: 07-07-2022 15:31 | Bölmə: İqtisadiyyat
Səfir: “Azərbaycan qazı Qərbə Türkiyə üzərindən verilir"

“Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropa təhdid altında qalıb. Bununla da təhlükəsizlik dünyanın birinci məsələsinə çevrildi”.

Reyting.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan Xarici İşlər Nazirliyi ilə ADA universitetinin birgə həyata keçirdiyi “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda “Diplomatiya həftəsi” çərçivəsində "Şuşa Bəyannaməsindən sonra Türkiyə-Azərbaycan müttəfiqlik münasibətləri, yeni regional reallıqlar və Qarabağın yenidən qurulması və inkişafında Türkiyənin rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla da həm qida, həm də qaz məsələsi də təhlükəsizliklə eyni səviyyəyə gəlib çıxıb: “Qazın qiyməti bəlli olmadığı vaxtda məhsulun da qiymətinin necə olacağı məlum olmayacaq”.

Səfir əlavə edib ki, Türkiyə və Azərbaycan əlaqələri hər sahədə inkişaf etdirir: "Azərbaycan qazı Qərbə Türkiyə üzərindən verilir. Türkiyə-Azərbaycan əlaqələri digər ölkələr üçün də örnəkdir. Bizim ikimizin də təmsil olunduğumuz üçlü planformalar da var".

Səfir qeyd edib ki, Türk Dövlətləri Təşkilatı daha güclü olmaq üçün işlər həyata keçirir: "Bu gün TDT-nin nəzdində bir sıra təşkilatlar var. Həmin təşkilatlar vasitəsilə də bərabər hərəkət etmə zəmini yaranıb”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}