12:06 / 03-02-2026
Tehranda bazar yanır
10:55 / 03-02-2026
"Azvvallet"ə qadağa qoyulub
Dövlət agentliyi tender qaydalarını pozub
Tarix: 08-07-2022 10:49 | Bölmə: İqtisadiyyat
Dövlət agentliyi tender qaydalarını pozub

Daha bir dövlət agentliyi tender qaydalarını pozub.

Dövlət satınalmalarının vahid internet portalında bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi operativ məlumatların idarəedilməsi sistemi üzrə proqram təminatının satın alınması üzrə tenderin qalibini açıqlayıb. Qalib şirkət "Digital Umbrella" MMC ilə 60 min manatlıq müqavilə imzalayıb. Müqaviləyə əsasən MMC 2022-ci ilin sonuna kimi Aqrar Xidmətlər Agentliyinə 7 xidmət göstərəcək.

Qeyd edək ki, "Digital Umbrella" MMC-nin 19 360 manat cari vergi borcu yaranıb. “Dövlət satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.(APA)

Reyting.az




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb