20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dünya bazarı: neftin qiyməti enib, təbii qazın dəyərində artım var
Tarix: 13-07-2022 09:28 | Bölmə: İqtisadiyyat
Dünya bazarı: neftin qiyməti enib, təbii qazın dəyərində artım var

ICE London qitələrarası birjasındakı ticarət əməliyyatlarında Brent markalı neftin ixracına dair 2022-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,07 faiz azalaraq 1 barelə görə 99,42 dollar təşkil edib.

Reyting.az
-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqustunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,18 faiz azalaraq 95,67 dollar olub.

Nyu-Yorkdakı eyni əmtəə birjasında neftdən fərqli olaraq təbii qazın fyuçers kotirovkalarının qiyməti artıb.

Avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 2,08 faiz artaraq 6,29 ABŞ dolları təşkil edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər