“Aİ-92” markalı benzin bahalaşmayacaq
Tarix: 13-07-2022 11:49 | Bölmə: İqtisadiyyat
“Aİ-92” markalı benzin bahalaşmayacaq

Ölkəmizdə “Aİ-95” premium markalı benzin 40 qəpik bahalaşaraq satış qiyməti 2 manat olub. Sosial şəbəkələrdə dünyada, eləcə də Azərbaycanda geniş vüsət alan bahalaşmanın “Aİ-92” markalı benzin və dizelə də çatacağı bildirilsə də, “Aİ-92” markalı benzin bahalaşmayacaq. Çünki “Aİ-95” və “Aİ-98” markalı benzindən fərqli olaraq, Azərbaycan bazarı “Aİ-92” markalı benzin və dizel yanacağı ilə daxili istehsal hesabına təmin olunur.

Reyting.az
-ın məlumatına görə, iqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı Modern.az-a deyib ki, dizel yanacağı və “Aİ-92” markalı benzin yerli istehsal olduğundan qiyməti dövlət tərəfindən tənzimlənir. Onun sözlərinə görə, dövlət qurumları, Tarif Şurası hüquqi qiymət artımına getməyə də bilər. Çünki bu, beynəlxalq məsələdən asılı deyil.

N. Cəfərli bildirib ki, “Aİ-92” markalı benzinin və dizelin bahalaşması sosial problemlərin artmasına gətirib çıxara bilər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}